Dünya 14:21 11.07.2018

Almaniyada türkləri öldürən cinayətkar qrup barədə hökm verildi

Almaniyada 8 türk, 1 yunan və 1 almanın ölümündə ittiham edilən Nasional Sosialist Yeraltı Təşkilatı barədə hökm verilib.

Qaynarinfo xəbər verir ki, 5 il davam prosesin nəticəsində təşkilatın sağ qalan tək üzvü Beate Çapa azadlıqdan ömürlük məhrum edilib. Çapa ilə birlikdə ona kömək edən 6 nəfərə də həbs cəzası verilib.

Qeyd edək ki, təşkilat cinayətləri 2000-2007-ci illərdə törədib. 2011-ci ildə aşkarlanan qrupun Çapa ilə birlikdə fəaliyyət göstərən digər 2 üzvü intihar edib.

Gülşən