İdman 11:17 15.08.2013

Almaniyadan “Qarabağ” a xəbərdarlıq - ermənilər təxribat törədə bilərlər

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” klubu  rəqibi Almaniyanın “Ayntraxt” klubu ilə avqustun 29-da Frankfurtda qarşılacaq.

Keçiriləcək bu futbol matçı ilı bağlı Modern.az -a ilginc məlumat daxil olub..

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz bununla bağlı “Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.

Açıqlamasında qurum rəhbəri deyib ki, onlarda oyun zamanı ermənilərin təxribat törədəcəkləri ilə bağlı məlumat var. 

Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün klub rəhbərliyinə müraciət edilib.

Müraciətdə bir daha vurğulanır ki, Almaniyanın “Ayntraxt” klubu ilə oyun zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat var: “Belə təxribatların qarşısını almaq üçün “Qarabağ” Klubunun rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməlidir. Rəqin klubun rəhbərliyini xəbərdar edərək stadionda tanınmamiş "Dagliq Qarabag Respublikası"nın bayrağının qaldırılmasına izin verilməməsinə təminat almalıdır. Bununla bağlı baş verəcək hər hansı qarşıdurmanın əvvəlcədən qarşısının alınması üçün bütün tədbirlərin görülməsi tələb edilməlidir. Hansısa problem yaranacaqsa, məsuliiyətin əvvəlcədən rəqib tərəfin üzərində qalacağı bəyan edilməlidir”.

Qaynar.info