İdman 20:30 22.03.2018

Almanlar millimizə 5 qol vurdu

Almaniyada 17 yaşadək qızlardan ibarət yığmalar arasında Avropa çempionatının elit-raund mərhələsi start götürüb. 

Qaynarinfo xəbər verir ki, millimiz bu gün ilk turun matçına çıxıb.

Siyasət Əsgərovun yetirmələri meydan sahibləri ilə üz-üzə gəliblər. Noybrandenburq şəhərində baş tutan qarşılaşma millimizin 0:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.  

VII qrupda ilk turun digər matçında isə İslandiya və İrlandiya komandaları qarşılaşacaq.

Avropa çempionatı
Elit-raund
I tur

Almaniya (U-17) - Azərbaycan (U-17) 5:0
Qollar: Greta Stegemann, 8. Gia Corley, 20. Anna Aehling, 56. Vanessa Fudalla, 57. Leonie Köster, 76.
Hakimlər: Anastasiya Romanyuk, Alesandra Vdovina (Ukrayna), Karolin Kayvoya, Reelika Turi (Estoniya).
Noybrandenburq. "Neu.sw Stadion”.