Ölkə 20:06 09.12.2019

Almanlar və Azərbaycan: 200 illiyə həsr olunmuş beynəlxalq konfrans

Prezident İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, beynəlxalq konfrans almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunub.

Tədbirin təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Almaniyadan olan alimlər də məruzələrini təqdim ediblər.

Tədbir dekabrın 11-i saat 11:00-da AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.