Maqazin 10:26 30.09.2014

Almaz Ələsgərli müğənni "saxlayan" kişilərə haqq qazandırdı

"Kişi deyir ki, nə arzun varsa, de, yerinə yetirim... Pisdir bəyəm?"

Sənətçi Almaz Ələsgərli “Şoubiz+” verilişinə şou-biznesdə tez-tez işlədilən sponsor sözü haqqında bunları deyib :

“Sponsor deyəndə, mənə çatmır. Sevdiyi qadındır, nə etsin? Ürəyi istəyir, ona pul verir. İstəməsə verər? Deməli, o kişinin o qadına böyük sevgisi var. Kişi deyir ki, nə arzun varsa, de, yerinə yetirim. Beləliklə də, kişi həmin qadına pul buraxır. Pisdir bəyəm?"

Daha sonra şəxsi həyatından danışan əməkdar artist bunları deyib:

“Hər bir gözəl qadının sevdiyi şəxs ola bilər. Çünki bu sənət elədir ki, sevməsən, yarada bilməyəcəksən. Əlbəttə ki sevdiyim biri var,dəmir deyiləm. Qadınam və məni belə sevirlər”. //gecce.az

Qaynar.info