Dünya 09:03 09.08.2019

Almazbek Atambayev həbs olunub

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev, məhkəmə qərarı ilə avqustun 26-na qədər həbs olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Serqey Slesarev məlumat verib. 

O, bildirib ki, Atambayev "qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham edilir.

Qeyd edək ki, keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.