"Qanun” nəşriyyatıda yazıçı Alpay Azərin "Yazıçı və arvadı” hekayələr toplusunu nəşr olunub. Qaynarinfo xəbər verir ki, bu, müəllifin sayca ikinci kitabıdır. 

"Hisslər və macəralar” silsiləsindən olan hekayələr, Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin "şəxsi həyat, yaxud karyera” dilemması qarşısındakı yaşantılarından bəhs edir.

Alpay Azər 2011-ci ildə Azərbaycanda keçirilən III Nəsimi Milli Ədəbiyyat (Debüt) müsabiqəsində nəsr üzrə nominasiyada 2-ci yeri tutub. "Azadlıq” radiosunun 2012-ci ildə keçirdiyi hekayə müsabiqəsində "Ən yaxşı 10 hekayədən biri” nominasiyasına layiq görülüb. 2013-cü ildə "Şax yeriyənlər” hekayələr kitabı ilə AYB-nin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına nəsr nominasiyasının qalibi olub. Eləcə də 2014-cü ildə M.Qaşğarlı adına beynəlxalq hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibi olub, beynəlxalq mərhələsində isə 2-ci yer tutub.