Ölkə 13:34 17.05.2018

Alpinistin ağır xəstə olan atası dəfnə aparıldı

Alpinist Fəridə Cəbrayılzadənin ağır vəziyyətdə olan atası Masallı rayon Şərifə kəndinə aparılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Yenicag.az-a sözügedən kəndin bələdiyyəsindən məlumat verilib.

"Fəridənin atası ağır xəstədir, bir ay öncə bacısı rayonda dünyasını dəyişdi. O ağır xəstə olduğu üçün bacısının yas mərasiminə gələ bilmədi. Amma onu şəhərdən gətiriblər ki, qızının dəfn mərasimində iştirak etsin. Ağır dərddir, aylardır, meyit tapılmırdı. Ailə çox ağır sarsıntı içindədir”.