Ölkə 17:45 21.05.2018

Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

Qubada meyitləri tapılan alpinistlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır.

Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.