Foto 16:32 20.05.2018

Alpinistlərlə bağlı şok iddia: “Meyitlər şübhəli şəkildə, anidən tapılıb” (FOTOLAR)

Ötən il dekabrın 17-də itkin düşən və meyitləri tapılan Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə Babur Hüseynov hadisəsi ilə bağlı şok iddia irəli sürülüb.
 
Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, "Everest” idman klubunun rəhbəri, peşəkar alpinist Rusif Bağırov meytlərin tapılmasıyla bağlı yayılan məlumatların şübhə doğurduğunu bildirib. İddia edib ki, itkin alpinistlərin meyitləri yayılan məlumatdakı kimi 4 metr deyil, 1,20-1,30 sm dərinlikdən çıxarılıb. 

O, bunu sübut edən fotolar da yayılmayıb və qeyd edib ki, alpinstlərin meyiti çox şübhəli şəkildə, anidən tapılıb. 

R. Bağırov dövlət qurumlarının səhvini boynuna almalı olduğunu, Baş Prokurorluğun axtarışların bu qədər uzanmasında günahkar olan şəxsləri cəzalandırmasını istəyib.