Qaynarinfo xəbər verir ki, 38 nominasiya üzrə verilən mükafatlarda namizədlərin adı layihənin saytında yer alıb.

Ancaq burada diqqət çəkən məqam isə 37 nominasiya üzrə yarışanların adının bəlli olması, "Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə isə namizədin bəlli olmamasıdır.

Belə ki, həmin nominasiyada ad hissəsi boşdur. İstədiyiniz müğənninin adını yazaraq "Altın Kelebek”ə namizəd olma şansı verə bilərsiniz.
Qeyd edək ki, təklif olunan namizədlərdən beş nəfər finala qalacaq və mükafatlandırma günü qalib təyin olunacaq.

Onu da bildirək ki, "Altın Kelebek”də azərbaycanlı müğənnilərə mükafat verilməsi ötən ildən təyin olunub. Bu təklifi yarışmanın sponsorluğunu edən firma təklif edib.
Ötən il mükafatlandırma gecəsində Əməkdar artist Röya Ayxan, Miri Yusif və müğənni Nigar Camal Azərbaycanı təmsil edib. Mükafatın sahibi isə Röya Ayxan olub. Ona mükafatı türkiyəli aktrisa Sinem Kobal təqdim edib.

Mükafatlandırma gecəsindən geriyə qalan isə iki ay Nigar və Röya arasında baş verən qalmaqal olub. 
(oxu.az)