Ekonomiks 10:46 16.11.2019

“Amazon” birinciliyi əldən verdi, Bill Qeyts yenə zirvədə

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti "Amazon”un rəhbəri Ceff Bezos ən varlı insanların reytinq cədvəlində öz birinciliyini itirib.

Qaynarinfo xəbər verir ki, "Bloomberg Billionaires Index”ə görə, "Microsoft”un qurucusu Bill Qeyts yenidən birinci yerə qalxıb. 

"Blumber”qin məlumatına görə, hazırda Qeytsin sərvəti təxminən 110 milyard dollar qiymətləndirilir ki, bu da Bezosunkından bir milyard çoxdur. 
Maraqlıdır ki, "Microsoft”un qurucusu iki ildən çoxdur, ilk dəfə milyarderlərin bu sıralamasında birinci olub. "Bloomberg”in sıralamasında ən varlıların reytinq cədvəlində üçüncü yerdə Fransanın lüks mal ticarət korporasiyasının (LVMH) rəhbəri Bernard Arnault dayanır. Onun sərvəti 103 milyard dollar olaraq qiymətləndirilib.

Bildirilir ki, Qeytsin gəlirinin artmasında, çox güman, ABŞ Müdafiə Nazirliyinin "Microsoft”a 10 milyard dollarlıq 10 illik müqavilə bağlaması qərarı rol oynayıb. Əvvəlcə müqavilənin "Amazon”la bağlanması gözlənilsə də, son seçim "Microsoft” olub. Bundan sonra Bezosun səhmləri təxminən 2% ucuzlaşıb.

Alpər