Texnologiya 12:12 29.03.2018

"Amazon" Trampa görə 54 milyard itirdi

ABŞ prezidenti Donald Trampın "Amazon" şirkətinin vergi fəaliyyəti və poçt xidməti barədə tədqiqat barədə göstəriş verdiyi iddia edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkədəki kiçik və orta şirkətləri bazardan sıxışdırıb çıxarmaqda ittiham edilən "Amazon" barədə bu xəbərdən sonra şirkətin dəyərində kəskin eniş müşahidə edilib. Belə ki, daha əvvəl 724 milyard dollar dəyərə sahib şirkət 7,3% dəyər itirib, 54 milyard geriləyərək 670 milyarda bərabər olub.

"Amazon"un sahibi Ceff Bezos həmçinin "Washington Post" qəzetinin sahibidir və Tramp bu qəzeti "Bezosun siyasi silahı" adlandırır.

Gülşən