"Amazon"un son günlərdə kəskin dəyər qazanması şirkətin sahibi Ceff Bezosun dünyanın ən varlı milyarderinə çevrilməsinə səbəb olub. 

"Qaynarinfo" "Economic Times"a istinadən xəbər verir ki, dünən sərvətinə 6,24 milyard dollar əlavə edən və sərvətini 83,5 milyard dollara çatdıran Bezos bu gecə 10,4 milyard qazanaraq 93,8 milyardla dünyanın ən varlı şəxsinə çevrilib. O, 88 milyard dollar sərvətə sahib Bill Qeytsi geridə qoyub. Qeyts son 4 ildə dünyanın ən varlı şəxsi idi.

Şirkət son 1,5 gündə 13% dəyər qazanıb. 

Qeyd edək ki, Bezon iyul ayında da "Amazon"un kəskin dəyər qazanması nəticəsində 1-ci pilləyə yüksəlmiş, lakin günün sonunda o Bill Qeytsdən geridə qalaraq 2-ci sırada qərarlaşmışdı.

Gülşən
Qaynarinfo.Az