Dünya 19:10 12.09.2017

Amazonun yerli əhalisi qətlə yetirilir

Braziliya Federal Prokurorluğu Peru ilə sərhəddə yaşayan bəzi yerlilərin mədən axtaranlar tərəfindən öldürülməsi iddiası ilə istintaq prosesinə başlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Yerlilər Cəmiyyəti məlumat verib.

Bildirib ki, avqust ayında mədən axtaran şəxslər cəmiyyətdən təcrid edilmiş formada yaşayan Amazon sakinlərinə hücum edib. "Vale do Javari Yerli Xalqların Birliyi" təşkilatının sədri Paulo Marudo açıqlamasında bu insanlara qarşı qətliamın həyata keçirildiyini deyib. 

Qeyd edək ki, Braziliya höküməti bir müddət əvvəl Amazon xalqlarının yaşadığı bölgədə mədən fəaliyyətinə icazə verən layihəni qəbul etmiş, lakin layihəyə məhkəmə tərəfindən təbiət və insanlara zərər vermə ehtimalına görə qadağa qoyulmuşdu. Amazon bölgəsi və ərazidə yaşayan yerli xalqlar dünya irsi hesab edilir. 

Gülşən

Qaynarinfo.Az