Ekonomiks 19:30 14.09.2018

AMB-nin maliyyə aktivləri 2,7 mln. dollar artıb

Bu ilin yanvar-iyun aylarında ölkənin xalis maliyyə aktivləri 2699.5 mln. ABŞ dolları artıb. 

"Report” xəbər veirr ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1320.4 mln. dollar), portfel investisiyaları (492.5 mln. dollar), törəmə maliyyə alətləri (-3.2 mln. dollar) və digər investisiyalar (889.8 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 910.1 mln. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (340.5 mln. dollar), neft bonusu (450.1 mln. dollar), portfel investisiyaları (-140.6 mln. dollar), törəmə maliyyə alətləri (-3.6 mln. dollar) və digər investisiyalar (263.7 mln. dollar) hesabına formalaşıb.