Ölkə 19:08 22.10.2019

AMEA-da sabah yeni prezident seçiləcək? (İDDİA)

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabah AMEA-ya yeni prezident seçiləcək. Fövqəladə toplantı oktyabrın 23-də günün ikinci yarısına təyin olunub. 

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.