Ölkə 15:01 08.06.2018

AMEA-nın prezidenti seçildi: 100 faiz səs topladı (YENİLƏNİB)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib.

Qaynarinfo xəbər verir ki, hazırki prezident, akademik Akif Əlizadə yenidən akademiya rəhbərlik edəcək.

O, bu vəzifəyə yeganə namizəd olub. Səsvermədə 66 nəfər iştirak edib. Onların hamısı Akif Əlizadənin lehinə səs verib.

***14.30
 
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

Qaynarinfo xəbər verir ki, yığıncaqda akademiyanın prezidenti seçkisi başlayıb. Bu vəzifəyə hazırki prezident, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Prezident vəzifəsinə namizəd kimi onun adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.