Foto 18:09 23.06.2018

AMEA-nın əməkdaşı Türkiyədə görüşlər keçirəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Elm və həyat" jurnalının məsul katibi Turan Rəhimova 25 iyun - 2 iyul tarixlərində Türkiyənin Ankara Universitetində ezamiyyətdə olacaq.

Qaynarinfo xəbər verir ki, T.Rəhimovanı Türkiyəyə Ankara Universitetinin kafedra müdiri, professor İman Əsgərzadə dəvət edib.

O, Türkiyənin Bilkent, Ankara, ODTÜ, Qazi və TOBB İqtisadiyyat və Texnologiya universitetlərində görüşlər keçirəcək və orada çalışan 12 azərbaycanlı alimdən müsahibə alacaq.

İman Əsgərzadə dəvət məktubunda bu sözləri yazıb: "Ankara Universitetinə AMEA ilə əməkdaşlıq etmək hər zaman xoşdur və yaxın illərdə elmi əlaqələrimizin daha da inkişaf edəcəyini düşünürük".

Xatırladaq ki, Ankara Universiteti 1946-cı ildə yaradılıb və Türkiyə Cümhuriyyətinin ilk universitetidir.