Ölkə 09:40 22.01.2013

Amerika jurnalı dolma qalmaqalından yazdı

ABŞ-ın “The Atlantic” nəşri ermənilərin Azərbaycan milli mətbəxinə məxsus dolmanı mənimsəməyə cəhd etmələrindən yazıb.

Jurnal Cənubi Qafqaz ölkələri arasında bəzi mətbəx nümunələri üstündə əsl “Kulinariya böhranı” yaşandığını yazır.

“Azərbaycanda milli mətbəxin nümunələrini qorumaq üçün xüsusi Milli Kulinariya Mərkəzi də yaradılıb. Azərbaycanlılar dolmanı öz mətbəxlərinin nümunəsi hesab edirlər. Ermənilər də öz növbələrində dolmaya iddia edərək İrəvanda dolma festivalı da keçiriblər”, – deyə jurnalın müxbiri Kolin Okoner bildirir.

Müəllif yekunda Qafqaz xalqlarının çətin ki, yaxın vaxtlarda bir stol arxasında oturaraq “çörək kəsəcəklərini” bildirib.