İdman 10:30 11.01.2014

Amerikalı voleybolçu qız Bakı klubunda

O, Kim Vilouqbini əvəzləyəcək

Çempionlar Liqasının pley-off mərhələsinə hazırlaşan Bakının qadınlardan ibarət “İqtisadçı” klubu heyətinə yeni voleybolçu cəlb edib.

Qaynar.info Teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi amerikalı Deja Makklendonla danışıqları müsbət yekunlaşdırıb.

Pensilvaniya Universitetinin komandasından transfer olunmuş 21 yaşlı hücumçu ilə hələlik mövsümün sonunadək müqavilə imzalanıb. Lakin voleybolçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddəti uzadılacaq.

Qeyd edək ki, Makklendon “İqtisadçı”nın heyətindən kənarlaşdırılmış həmyerlisi Kim Vilouqbini əvəzləyəcək.


Qaynar.info