Maqazin 17:43 29.10.2014

Amerikanı fəth edən Bakılı model – FOTOLAR

“Oğlumun mənimlə fəxr etməyini istəyirəm”.

Özünü La Reina Shaw adlandıran model Bakıda doğulduğunu deyir.

Model peşəsinə maraq erkən yaşlarında yaranıb. Öz ailəsinin köməyinə arxalanaraq, 5 yaşı olarkən ailəsi ilə Almaniyaya köçür. Avropada səyahət edərkən, o alman, rus və ingilis dilləri daxil olmaqla bir neçə dil öyrənir

13 yaşında model karyerasına başlayır. Onun təbii istedadları, ehtirası, enerjisi və yaradıcılığı uğurunun əsas amilləri olub. 19 yaşında o, ABŞ-a gəlir və Merilend ştatında Universitetə daxil olur.

Onun sahibkarlıq ruhu, ambisiya və peşəsinə sadiqliyi onu işə köklənmiş əsl iş adamına çevirir. 

Hal-hazırda La Reina “MINA REI” adı altında ekzotik çimərlik geyimləri xəttini yaradıb. İncəsənətə və modaya olan həvəsi istedadlı dizayner olmasına yardım edib. MINA REI xətti Amerikada qızların sevimlisinə çevrilib.  

La Reina Shaw həmçinin böyük fitnes həvəskarıdır.

- Nə zaman fitneslə məşğul olmağa başlamısız?

- Mən həmişə fitnesin və sağlam həyat tərzinin həvəskarı olmuşam. Sağlamlıq həyatda ən vacib amillərdəndir. Fitnes mənim üçün həvəsə, narkomaniyaya çevrilib. Axı, həyatda daha çox sağlam olmağı necə istəməmək olar?!

- Fitnes-industriyaya yeni qədəm qoyanlara nə arzu etmək istərdiniz?

- Fitnes-industriya asan deyil. Bu, sadiqlik və intizam tələb edən çətin işdir. Bu gündəlik prioritetə çevrilməlidir. Burada heç nə ilə bəraət qazanmaq olmaz. Nəticə əldə edən kimi daha da səylə işləmək lazımdır. Dayanmaq olmaz! Həm də yadda saxlayın ki, insanları müsbət enerji cəlb edir! Nəticələri ətrafdakılarla bölüşün.

- Siz bunu iş və ya hobbi hesab edirsiniz?

- Bu, tam olaraq iş deyil. Bu, mənim həvəsimdir. Mən özümü ona həsr edirəm ki, gün keçdikcə daha güclü və sağlam olum. Məqsədə çatmaq üçün fitnesi həyat tərzinizə çevirməlisiniz. Bir sözlə ya hər şey, ya da heç nə!

- Sizi bu gün nail olduqlarınıza çatmaq üçün həvəsləndirən və ya motivə edən varmı?

- Hər gün cəmiyyətin müxtəlif təbəqələrinə mənsub insanları görürəm, onlar məni həvəsləndirir. Bununla yanaşı mənim üçün həyatda ən çox motivə edən amil oğlumdur. İstəyirəm ki, oğlum mənimlə fəxr etsin.  

- Ailəniz sağlam həyat tərzi anlayışınıza necə münasibət bəsləyir?

- Mənim ailəm? Əla! Onlar da öz sağlamlıqlarına diqqət edirlər. Hətta mənim 7 yaşlı oğlum belə hər gün mənimlə bərabər çəkinir və sağlam qidalanmadan qürur duyur.

- Hansı pəhrizə riayət edirsiniz?

- Hər zaman təzə tərəvəz və meyvələr yeyirəm, həftədə cəmi 2 dəfə ət yeyirəm. Tarazlaşdırılmış pəhriz vacibdir, bu əzələ kütləsini artırmağa və enerjini təmin etmək üçün lazımdır. Mən gündə 6 dəfə yemək yeyirəm iki yanaşma ilə 6 – protein kokteylidir. Qalanları isə yumurta ağı, suda bişmiş və ya qızardılmış toyuq, şirin kartof, qulançar və ya brokkolidir. Qəlyanaltı üçün isə badamı seçirəm.

- Hər hansı bir əlavələrdən istifadə edirsinizmi? Sizcə seçdiyiniz həyat tərzi üçün ən vacib əlavə nədir?

- Mənim gündəlik əlavəm bir neçə vitamindən ibarətdir: B qrup vitaminləri, protein tozu və aminoturşular. Yəqin ki, ən əsas əlavə multivitaminlərdir. Əsas odur ki, orqanizminiz lazımi qidalandırıcı maddələri alsın, bu effektivlik üçün vacibdir. Çoxlu sayda əlavələr mövcuddur, amma mütləq fərdi olaraq, səhhətinizə uyğun olanını seçməlisiniz.

- Xüsusi təşəkkür etmək istədikləriniz varmı?

- Xüsusi təşəkkürü ailəmə və dostlarıma edirəm. Mənə və mənim arzularıma inananlara. Onlar mənə məhəbbət, ümid və qüvvət verirlər. (oxu.az)