Foto 11:40 18.06.2019

Amerikanın “moda ikonası” vəfat etdi (FOTOLAR)

Məşhur amerikalı aktrisa, model, modelyer, rəssam və yazıçı Qloriya Vanderbilt vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın "moda ikonası” 95 yaşında Nyu-Yorkda evində dünyasını dəyişib. 

Qeyd edək ki, Qloriya Vanderbildt XIX əsrin ən böyük maliyyə maqnatlarından olan Kornelius Vanderbiltin nəvəsidir.