Siyasət 21:41 14.08.2017

Amerikanın nüvə raketləri Azərbaycanda?

“Amerikanın kiçik uçuş müddətinə malik nüvə başlıqları bu yaxınlarda Gürcüstanda, Azərbaycanda və Ermənistanda peyda ola bilər”, - bu barədə Rusiyada dərc olunan “Versiya” qəzetində işıq üzü görmüş “Şərqi Avropada orta və qisa mənzilli raketlərin yerləşdirilməsinə Moskva nə ilə cavab verəcək” məqaləsində deyilir.

Nəşrin bildirdiyinə görə, Moskva artıq indidən amerikalıların hərəkətinə adekvat cavab verməlidir.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi akademiyasının müəllimi, polkovnik Xətai Baxışov bu məlumatı şərh edib. Onun sözlərinə görə, bu informasiya həqiqətə uyğun deyil.

“Gürcüstanda Amerika bazalarının yerləşdiriləcəyi ilə bağlı məlumat artıq faktdır, Azərbaycana gəlincə, belə məlumata malik deyiləm. Ölkəmiz neytral siyasət yürüdür, heç bir hərbi bloka daxil olmur və düşünmürəm ki, rəsmi Bakı Amerika raketlərinin Azərbaycanda yerləşdirilməsinə razılıq versin. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan əməkdaşlıq üçün məkandır, rəqabət üçün deyil”, - ekspert deyib.

Qaynarinfo.Az