Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: Bu dəfə Sumqayıtda vətəndaşlarla görüşdü (FOTO/VİDEO)

Anar Əsədlinin aktiv seçki təbliğatı davam edir: Bu dəfə Sumqayıtda vətəndaşlarla görüşdü (FOTO/VİDEO)

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Masazırdan sonra ötən gün də Sumqayıta səfər edərək, seçicilərlə görüşüb.

Qaynarinfo xəbər verir ki, deputatlığa namizəd burada Qubadlı və Zəngilandan olan məcburi köçkünlərlə görüş keçirib. 

Seçiciləri mənzillərində ziyarət edən Anar Əsədli onları öz platforması ilə tanış edib, seçkilərdə aktiv iştiraka səsləyib.

Zəngilan və Qubadlıdan olan məcburi köçkünlər yaşadıqları binalarda ziyarət edildikdən sonra seçicilərlə geniştərkibli görüş təşkil olunub və Anar Əsədlinin seçki platforması ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Qarşılıqlı dialoq formasında keçən görüşdə seçicilər onları narahat edən məsələləri dilə gətirib, təkliflərini səsləndiriblər.

Anar Əsədli seçiciləri öz səslərinə sahib çıxmağa çağırıb: "Bu gün insanlarda belə bir fikir formalaşıb ki, seçkiyə getsəm nə olacaq, getməsəm nə olacaq. Ancaq belə düşüncə ziyanlıdır. Çünki seçki namusdur və seçkiyə gedib namusumuza sahib çıxmalıyıq. Təkcə sizlər yox, həyat yoldaşlarınız, övladlarınız, hamınız seçkidə iştirak etməlisiniz. Hər birinizi seçkidə aktiv olmağa çağırıram”.

Anar Əsədlinin Sumqayıt səfərindən hazırlanan videosüjeti təqdim edirik:

XƏBƏRLƏR
BLOGLAR