Siyasət 11:26 15.02.2013

Anar Məmmədov sabiq konqresmeni sədr seçdi


İndiananın sabiq konqresmeni Den Berton Azərbaycan-Amerika Alyansının sədri seçilib. Bu qurum Azərbaycan və  Amerika xalqları arasında mədəni-siyasi əlaqələrin genişləndirilməsinə çalışır.

Qaynar.info-nun verdiyi xəbərə görə, Den Berton son 10 ildə ABŞ-ın Nümayəndələr Palatasında xarici əlaqələr üzrə komitədə çalışıb. Berton 2005-ci ildə Nümayəndələr Palatasında çıxış edərək 1992-ci il Xocalı qətliamında öldürülən azərbaycanlı qurbanların xatirəsini anan ilk Konqres üzvlərindəndir.

Azərbaycan-Amerika Alyansının yaradıcısı Anar Məmmədov bildirib ki, Azərbaycan-Amerika Alyansı xarici siyasət məsələləri üzrə bu cür məşhur və ləyaqətli mütəxəssisi qurum rəhbərliyinə cəlb etdiyi üçün qürur duyur: "Berton təkcə ABŞ beynəlxalq münasibətlərində çoxillik təcrübəyə malik deyil, həm də o, bir çox dünya dövlətləri liderlərilə dostluq münasibətlərindədir. Bertonun Azərbaycanla əlaqələri və iş təcrübəsi onu Azərbaycan-Amerika Alyansı üçün ideal lider edir”.

Qaynar.info