Keçmiş həyat yoldaşı ilə məhkəmə çəkişməsində olan tanınmış reper Anar Nağılbaz mediadan gizlin ailə həyatı qurub.

Qaynarinfo bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, reper Aytən adlı xanımla evlənib. Özündən yaşca kiçik xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayır. Yanvar ayından birlikdə olan cütlük toy etməyib.

Maraqlıdır ki, Nağılbaz evlilik xəbərini sirr olaraq saxlayır. O, sosial şəbəkə paylaşımlarında həyatında sevdiyi qadının olduğunu yazsa da, evləndiyini gizlədir.

Reper bu günlərdə sayta verdiyi müsahibə zamanı üzüyünü göstərərək yanvar ayında evləndiyini bildirib.