Foto 12:44 05.08.2018

Anar Nağılbazın anası yas mərasimində nalə çəkdi (FOTO/VİDEO)

Dünən qəfildən dünyasını dəyişən tanınmış reper Anar Nağılbazın evində yas mərasimi başlayıb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, mərasimdə mərhumun yaxınlarından başqa heç kim yoxdur.

Anarın əmisi oğlu onun ölümündən danışıb: "Ölümündən əvvəl anasını qucaqlayıb, deyib, "həyatda heç bir günahım yoxdur”. Sonra otağa keçib, yıxılıb”.

Mərhumun anası isə oğlunun ölümündə üstüörtülü də olsa, küsülü olduqları gəlinini günahlandırıb.

Yeri gəlmişkən, Anarın həyat yoldaşı onun uşaqlarının yas mərasiminə gəlməsinə icazə verməyib.