Xəbər lenti

“Android”lərdə yeni virus yayılıb
Texnologiya 21:52 02.03.2018

“Android”lərdə yeni virus yayılıb

Smartfon istifadəçilərinə qarşı yeni virus hücumu qeydə alınıb. "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular dinlənilir.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, "RedDrop” adlı zərərli proqram gizlicə ətrafda istifadə olunan bütün qurğuların informasiyasını diktofona yazaraq onları fayl mübadiləsi servisinə göndərir.

Bundan başqa, virus istifadəçini pullu mobil servislərə abunə edir, eləcə də qurğuya digər viruslar quraşdıra bilir.

Məlumata görə, artıq 50-dən çox mobil əlavə, o cümlədən qrafik redaktorlar, kalkulyatorlar, əyləncə və təhsil proqramları "RedDrop” virusuna yoluxub. Virusdan mühafizə sistemi, hələ ki, mövcud deyil, çünki o, "sıfır günü” (Zero Day) boşluğu vasitəsilə işləyir. Mütəxəssislər tərəfindən əlavələrin rəsmi mağazalardan yüklənməsi tövsiyə olunur. Yalnız bu, yoluxmadan yayınmağa kömək edə bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->