İdman 13:25 23.08.2013

Anelka futbolla vidalaşdı

İngiltərə premyer Liqasında çıxış edən “Vest Bromviç”in ötən ay heyətinə qatdığı Nikola Anelka futbolçu karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu komandası ilə son məşqindən sonra klub rəhbərliyinə müraciət edərək futbolu buraxdığını deyib.

Keçən tur komandası ilə start heyətdə meydana çıxan Anelkanın bu ani qərarı nə səbəbdən verdiyi hələ məlum deyil. Çünki fransalı futbolçu “Vest Bromviç”lə 2 illik müqavilə imzalamışdı. 

Qeyd edək ki, “Arsenal”, “Real” PSJ, “Çelsi”, “Fənərbaxça” kini klublarda çıxış etmiş Anelka son olaraq Çin təmsilçisi “Şanxay Şenşua”dan “Vest Bromviç”ə transfer olunmuşdu. 

Qaynar.info