Foto 10:30 25.08.2018

Angela Merkel və İlham Əliyevin geniş tərkibdə görüşü olub (YENİLƏNİB/FOTO)

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Daha sonra xanım Angela Merkelin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verib.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdiriblər. 
 
*** 

Bu gün rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış ediblər.