Siyasət 14:46 21.07.2018

Angela Merkelin Bakı səfərinin tarixi açıqlandı

Almaniya kansleri Angela Merkel Azərbaycana səfərə gələcək.

Qaynarinfo "Sputnik"ə istinadən xəbər verir ki, səfər avqustun 25-də baş tutacaq.

Cənubi Qafqaz turnesinə çıxacaq Angela Merkel avqustun 23-ü Tiflisə, bir gün sonra İrəvana səfər edəcək. Növbəti gün isə o, Bakıya gələcək.