Foto 12:38 13.12.2018

Ankaradakı qatar qəzasında ölən və yaralananların sayı artır (YENİLƏNİB)

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib. 

Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir. 

***11.26

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.

Qaynarinfo xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.

Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır. 

***09.46

Türkiyənin paytaxtı Ankarada Konyaya doğru hərəkət edən sürət qatarı şəhərətrafı səfər həyata keçirən qatarla toqquşub.

Qaynarinfo xəbər verir ki, qəzadan sonra yerüstü keçid qatarların üzərinə çöküb. Marşandiz stansiyasında baş verən hadisə zamanı 2 vaqon aşıb. Ankara valisi Vasip Şahin 4 nəfərin öldüyünü, 43 nəfərin yaralandığını açıqlayıb. 

Gülşən