Xəbər lenti

ANS-də üç məşhur arasında qalmaqal - VİDEO
Maqazin 15:46 08.06.2015

ANS-də üç məşhur arasında qalmaqal - VİDEO

ANS-də yayımlanan “Evdəyik” verilişində aktrisa-model Tunay Əliyeva ilə müğənni İzzət Bağırzadə və Xatun Əliyeva arasında qalmaqal yaşanıb. Axşam.az-ın məlumatına görə, İ.Bağırzadənin “Qadın kişi yanında restoranda hesab verməməlidir. Edən alfonsdur” sözlərinə aktrisa sərt reaksiya verib.

O, müğənnini dar düşüncəli adlandırıb: “Mən dostlarımla otururam, lazım olanda hesab da ödəyirəm. Bu normaldır. Sizin dünya görüşünüz dardır. Bu nə dar düşüncədir?”.

T.Əliyeva daha sonra Xatunla da qalmaqal yaşayıb. X.Əliyeva Tunay haqqında bunları deyib: “Əgər kişisinin pulu varsa, qadın oturub onun çörəyini yeməlidir. Qadın nəzarəti sevir. Mən normal düşünürəm. Tunay ömrü boyu belə davranıb deyə, yaşı keçib. Ərə də getmədi. Əvvəl Tunayla birlikdə teleseriala çəkilmişdim, münasibətlərimiz yaxşı idi. Sonradan inciklik oldu. Həyata baxışlarımız, geyimlərimiz, ailəmiz fərqlidir. Allah onun şəfasın versin. Psixoloji problemləri var”

T.Əliyeva isə ifaçıya “Xatun azad deyilsə, niyə çıxıb oxuyur? Müğənnidir, demək azad həyat yaşayır. Klassik kişi buna icazə vermir. Mənimlə sizlə danışın” deyə, cavab verib.




Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->