Ölkə 18:16 23.01.2014

ANS İsa Şahmarlının ailəsini məhkəməyə verir


ANS Telekanalı İsa Şahmarlının ailəsini məhkəməyə verir. Telekanalla özünü öldürən homoseksual gəncin yaxınları arasında münaqişə İsanın Binə qəsəbəsində dəfni zamanı yaşanıb.  

Oxu.Az xəbər verir ki, bu barədə Bakupost.az-a ANS şirkətlər qrupunun fəxri sədri və prezidentinin müşaviri Mais Məmmədov bildirib. Onun sözlərinə görə, telekanalın əməkdaşları gənc insanın dəfn mərasimini işıqlandırmaq istəyiblər.

“Qəbiristanlığın girişində İsa Şahmarlının qohumları bizim çəkiliş qrupunu saxlayıblar. Onlar təkcə bizim komanda deyil, həm də mərhumun dostlarına qarşı aqressiv olublar. Telekanalın əməkdaşları ümidlərini itirməyərək, İsanın evinə - dəfn mərasiminin keçdiyi yerə qayıdıblar. Burada onlar ölən şəxsin atası ilə qarşılaşıblar. Həmin adam operatorun üstünə hücum çəkərək, kameranı sındırıb. Bu insanın hərəkətləri cəzasız qala bilməz. Sınmış aparata görə o, məhkəmədə cavab verəcək”, - deyə, M.Məmmədov bildirib.

Qaynar.info