Elman Eldaroğlu

Blogger
Yazılar
43

"Anton Pavloviç Çexov kimi..."

Uzun illər gənclərin maariflənməsi ilə məşğul olan mərhum Fəzail Əkbərov onu tanıyanların yaddaşında dünyanın ən gözəl insanlarından biri kimi qalıb. İnsani keyfiyyətləri o qədər yüksək idi ki, vəfatından xeyli vaxt keçsməsinə baxmayaraq hələ də adı ehtiramla xatırlanır. Ümümiyyətlə el-obasında Əkbərov soyadı dilə gələndə ilk yada düşən də Fəzail müəllim və onun qardaşları Höccət, Şahbaz Əkbərovlar olur. Hər birinin haqqında bu gün el arasında əfsanələr dolaşır. Bəli, sizə bu şəcərənin davamçısı, bacarıqlı həkim-cərrah, eyni zamanda bədii yaradıcılıqla məşğul olan, bir neçə kitabın müəllifi, yazıçı-dramaturq Ramiz Əkbərovdan söhbət açmaq istəyirəm. O, 1956-cı ildə dünyaya gəlib. 1973-cü ildə orta təhsilini başa vuraraq indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. 1979-cu ildə həmin universiteti bitirdikdən sonra bir il subernatura, üç il isə internaturada cərrah ixtisasına yiyələnib. 1983-1985-ci illərdə Saatlı rayon xəstəxanasında ümumi cərrah işləyərək iki il də ordenatura keçib. 1985-ci ildən DİN-in Respublika Hospitalında əvvəlcə mülki uroloq, 1992-ci ildən cərrahiyə şöbəsinin rəisi, 1997-ci ildən hospitalın müalicə işləri üzrə rəis müavini, 2014-cü ildən 2017-ci ilədək isə həmin hospitalın rəisi vəzifələrində çalışıb. İstefada olan tibb xidməti polkovnikidir. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsinin üçüylə də təltif olunub, "Səhiyyə Əlaçısı" döş nişanına layiq görülüb, əməkdar həkimdir. Hazırda "İstanbul NS" klinikasında uroloji-androloji bölməyə rəhbrlik edir…
 


…Ömür-gün yoldaşı Sevda xanım ixtisasca fizikdir. Üç övladı vardır. İlk övladı Türkan xanım tibb bacısıdır. Böyük oğlu Orxan həkim-farmosept işləyir. İkinci oğlu Kamran isə onun yolunu davam etdirir. Bir sıra ölkələrdə təcrübə kursları keçib. Akademik M.Cavadzadənin klinikasında uroloq-cərrah kimi çalışır…

Deyir ki, "Mən bu sahəyə gələndə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Tibbi avadanlıqlar sarıdan xarici ölkələrdən geri qalırdıq. Bu gün bu sahədə çox inkişaf vardır. Xəstəxana, klinikalarımız dünyanın ən müasir tibbi avadanlıqları ilə təhciz olunub. Sevindirici haldır ki, ölkədən kənarda təhsil alan, ixtisasartırma kurslarında iştirak edən gənc həkimlərimizin sayı xeyli artıb. Bu isə əminlik yaradır ki, tezliklə bizim səhiyyəmiz də dünya standartlarına uyğun olacaq…
 


İki sahə- tibb və fəlsəfə üzrə fəlsəfə doktorudur. Necə deyərlər, həm alim həkim və həm də filosofdur. İyurmidən çox elmi, bədii, publisistik kitabın, eləcə də bir neçə səmərələşdirici təklifin müəllifidir. Bədii yaradıcılığı da müxtəlif mükafatlarla dəyəndirilib. "Həsən bəy Zərdabi adına", "Altun Qələm", "Qızıl Qələm" kimi ədəbi mükafatların laureatıdır. Yaxşı yadımdadır, illər öncə məşhur Hacıbaba Bağırovun rəhbəri olduğu tetrda səhnələşdirilən bir dram əsərinin ilk nümayişində tamaşaçılar arasında mən də var idim. Həmin təqdimatda kifayət qədər söz adamları da iştirak edirdi…

Ciddi görkəmi ilə adamda "ünsiyyətdən çəkinən insan" təəssüratı yaratsa da ürəyi çox kövrəkdir. Heç kimin xətrinə dəyməz, daha çox müşahidə etməyi xoşlayar. Necə deyərlər, çağrılan yerə ar eləməz, çağrılmayan yeri dar. Mütaliəni çox xoşlayır, şahmat oynamaqdan zövq alır. İndiyədək yüzlərlə imkansıza təmənnasız yardım edib, minlərlə xəstəyə şəfa verib. Torpaqlarımızın işğaldan azad olunması isə onun ən böyük arzusudur. Bir həkim kimi hamıya can sağlığı diləyən, bir ziyalı kimi gəncləri yüksək təhsil almağa səsləyən bu insanın haqqında söhbətimi mərhum xalq şairi Qabilin sözləri ilə bitirmək istəyirəm: "Ramiz Əkbərov ölməz rus yazıçısı Anton Pavloviç Çexov kimi həm gözəl həkim, həm də istedadlı yazıçıdır"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 


OXŞAR XƏBƏRLƏR