Ölkə 09:38 23.11.2017

APA TV-nin əməkdaşı vəfat edib

"APA Holdinq” ailəsinə ağır itki üz verib.
 
Qaynarinfo xəbər verir ki, "APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov 41 yaşında vəfat edib.
 
Mərhumun ailəsindən bildirilib ki, o, infarktdan dünyasını dəyişib.
 
Yaxın müddətdə ikinci dəfə ata olacaqdı...

Milli.Az bildirir ki, məşhur azərbaycanlı diktor, APA-nın əməkdaşı Nəsimi Nəbizadə həmkarı, ötən gecə həyatını itirən Natiq Qədimovla bağlı Facebook-dakı profildə belə yazıb.

"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı", - N.Nəbizadə yazıb.
 
Allah rəhmət eləsin!