Video 17:26 19.09.2019

Aparıcıdan “Qarabağ”a dəstək: Efirə belə çıxdı (VİDEO)

Bu gün Yenicag.az-ın xüsusi layihəsi olan "Xəbər Çağı” fərqli tərzdə yayımlanıb.

Proqramın aparıcısı Natavan Abbaslı bu axşam saat 20:55-də Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarında çıxış edəcək "Qarabağ”a dəstək nümayiş etdirib. Aparıcı efirə "Qarabağ”ın formasında çıxıb.

Onun bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

N.Abbaslı özünün də "Qarabağ”ın fanatı olduğunu bildirib.(Azxeber.com)

');