İdman 16:17 08.08.2019

APOEL-in yeni baş məşqçisi açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan APOEL-ə yeni baş məşqçi təyin edilib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda almaniyalı Tomas Dolla tapşırılıb. 53 yaşlı mütəxəssislə 2021-ci ilin mayın sonuna qədər müqavilə imzalanıb. O, bu gün istefaya göndərilən italiyalı həmkarı Paolo Trametsanini əvəzləyib.

Tomas Dolun yeni komandasında rəsmi debütü avqustun 13-də "Qarabağ”a qarşı olacaq.

Qeyd edək ki, Tomas Dollun son iş yeri Almaniyanın "Hannover” klubu olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", "Borussiya” (Dortmund), "Gənclərbirliyi” (Türkiyə), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın "Ferensvaroş” komandalarında da baş məqşçi kimi çalışıb.

Fanat.Az