İdman 23:50 07.11.2019

"Qarabağ" Kiprdən məğlub qayıdır

"Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olub. Cənubi Kiprin paytaxtı Nikosiyadakı "GSP Arena”da baş tutan görüş "Qarabağ" üçün 10-cu dəqiqədə Maksim Medvedev hesabı açıb. APOEL bərabərlik qolunu 59-cu dəqiqədə vurub. "Qarabağ"ın qapısına Lukas Souza yol tapıb. 88-ci dəqiqədə isə George Efrem meydan sahiblərinin qələbə qolunu vurub - 2:1.

Bu komandalar arasında cari mövsümdə 4-cü qarşılaşma olub. "Qarabağ"la APOEL Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəlib. İlk oyunda Azərbaycan çempionu (2:1), cavab görüşündə Cənubi Kipr çempionu qələbə qazanıb (2:0). Nəticədə APOEL mərhələ adlasa da, sonradan "Ayaks"a uduzaraq Avroliqaya düşüb. Komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında isə heç-heçə qeydə alınıb – 2:2. 

Qrupun digər oyununda "Sevilya” səfərdə "Düdelanj”a qalib gəlib - 5:2.
 
Avropa Liqası
Qrup mərhələsi
IV tur

7 noyabr
APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan) 2:1
Qollar: Lukas Souza, 59. George Efrem, 88 - Maksim Medvedev, 10.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu (89. Roman Bezyak, 60), 8. Lukas Souza, 9. Linus Hallenius (7. George Efrem, 75), 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joazinyo (11. Musa Süleyman, 46), 29. Praxitelis Vouros, 44. Nikolas Yoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 95. Alef.
Baş məşqçi: Tomas Doll.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel (30. Abbas Hüseynov, 83), 10. Dani Kintana (99. Maqaye Qeye, 16//9. Xayme Romero, 76), 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Lukas Souza, 61. Roman Bezyak, 90+1. Praxitelis Vouros, 90+6 - Riçard Almeyda, 34. Miçel, 71. Asmir Beqoviç, 84. Rəşad Sadıqov, 90+6. Qara Qarayev, 90+6.
Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Kristofer Joger (Avstriya).
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan).
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).
Nikosiya. "GSP Arena”.
 

1

Sevilya

4

4

0

0

12:2

12

2

APOEl

4

1

1

2

7:8

4

3

Qarabağ

4

1

1

2

7:8

4

4

Düdelanj

4

1

0

3

7:15

3