İdman 10:40 23.10.2019

APOEL "Qarabağ" üçün Bakıya 20 futbolçu gətirir

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubu bu gün Bakıya yola düşəcək.

Qaynarinfo xəbər verir ki, çarter reysi ilə yola düşəcək Nikosiya klubunun ölkəmizə saat 13:20-də çatacağı gözlənilir. APOEL Bakıya 20 futbolçu ilə gələcək:
 
12. Dmitrios Priniotaki (q), 27. Vid Beltes (q), 35. Boy Vaterman (q),  6. Savvas Gentsoqlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 9. Linus Hallenius, 11. Musa Əl-Taamari, 14. Uroş Matiç, 17. Antonio Yakoliş, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolos İoannu, 46. Efstatios Aloneftis, 89. Roman Bezyak, 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç, 95. Alef dos Santos

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.