Texnologiya 16:12 12.01.2019

"Apple" bu il 3 "iPhone" modelini satışa çıxaracaq

"Apple" şirkəti bu il 3 ədəd "iPhone" telefonunu istifadəyə verəcək.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, modellərdən biri LCD ekrana sahib olacaq "iPhone XR"dir. Digər model böyük ölçüsü və üçlü kamera sistemi ilə diqqət çəkəcək. 

"Apple" şirkəti həmçinin 2020-ci il üçün nəzərdə tutulan OLED ekrana sahib modellər üzərində çalışır.

Qeyd edək ki, şirkətin gəliri zəif satış səbəbilə növbəti aylarda 9 milyard dollar azalacaq.

Gülşən