Xəbər lenti

Texnologiya 19:55 20.01.2018

Apple cihazlarına təhlükə yaradan "Text bomb" virusu aşkarlandı

iPhone və Mac kompüterlərinə təhlükə yaradan yeni "Text bomb" ("Mətn bombası" ) virusu aşkar olunub.

iPhone-ların çökməsinə səbəb olan elektron qüsur barədə proqramçı Abraham Masri tvitləyib.

O, virusun kodunu GitHub saytında dərc edib.

"Text bomb"u aktivləşdirmək üçün həmin yazının linkini göndərmək kifayət edir.

Apple hələ ki, xəbəri şərh etməyib.

Mac kompüterlərində virus Safari brauzerinin çökməsinə və başqa növ ləngimələrə səbəb olur.

Hərçənd ki, istifadiçərin təşviş keçirməsinə əsas yoxdur, internet təhlükəsizliyi üzrə ekspertGraham Cluley deyir.

Onun sözlərinə görə, "Text bomb" ciddi təhlükədən daha çox qıcıq doğuran viruslara aid oluna bilər.

Cənab Masri kodu GitHub saytından artıq yığışdırıb. (BBC)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->