Bəlkə bu il olmayacaq, amma 2019-cu ildə bazara çıxarılacaq bütün iPhone modellərində OLED ekran görsəniz, təəccüblənməyin. 

Qaynarinfo xəbər verir ki, 2019-cu ildə Apple OLED-ə keçidi tamamlaya bilər. Deyilənə görə, 2019-da təqdim olunacaq iPhone modellərinin hər üçündə OLED ekran olacaq. Hazırda yalnız iPhone X-də olan bu ekran LCD ekranla müqayisədə daha yaxşı kontrasta sahibdir və bir sıra üstünlükləri var. Apple şirkətinin bu ekranı istifadə etməsinin səbəbi də məhz budur. 

Ancaq bu iddia şirkətin buraxılış zamanı 4 telefon buraxması halında dəyişə bilər. Əgər Apple bu mövsüm 4 telefon buraxarsa, onlardan biri mütləq LCD ekranda olacaq. 
 
 

Şirkətin yalnız OLED ekrandan istifadə etməsi isə maddi problemlər yarada bilər. LCD-dən baha olan OLED təbii ki, telefonların da qiymətinin artmasına təsir edəcək. Bu səbəbdən də şirkətin hər kəsi nəzərə alıb LCD ekranlı iPhone 9 və OLED ekranlı iPhone XI və XI Plus istehsal edəcəyi gözlənilir. 

Apple-da başqa bir problem isə xammalla bağlıdır. Belə ki, hazırda OLED ekranının tək istehsalçısı Samsung olan Apple bütün modelləri OLED-lə istehsal edəcəyi təqdirdə Samsung onun üçün yeni fabrik inşa etməlidir. 

Nəticə olaraq, Apple ən qısa zamanda tədarük görməzsə və qiymətləri aşağıda saxlamaq istəsə, OLED-dən keçməlidir. Hazırda Samsung, Pixel, Huawei kimi rəqibləri olan şirkətin isə OLED-dən imtina etməsi reallığa uyğun deyil.