Ekonomiks 20:19 26.09.2014

“Apple” əyilən telefonları yenisi ilə əvəz edəcək

“Apple” şirkəti “iPhone 6 Plus” istifadəçilərinin tənqidlərinə rəsmi cavab verilib. Tənqid edənlər iddia edirlər ki, yeni smartfon, hətta kiçik qüvvənin təsiri ilə öz formasını dəyişə bilər.


ICTnews-un məlumatına görə, “Apple” şirkətindən bildirilib ki, bu problem üzrə doqquz müraciət qeydə alınıb. Korpus son dərəcə nadir hallarda əyilir. Bu haqda Kaliforniya nəhənginin bəyanatına istinadən “Bloomberg” agentliyi yazıb.

Şirkətin nümayəndəsi, həmçinin deyib ki, hər iki yeni telefon alüminium çərçivə ilə təchiz edilib. Alüminium çərçivə əlavə möhkəmlik üçün normal istifadə zamanı korpusun deformasiyasının qarşısını alan xüsusi tərkib tərəfindən emal edilib. “Apple” əyilən telefonları yenisi ilə dəyişməyə söz verib.

“Apple”ın yeni smartfonlarının əyilməsi problemi internet istifadəçiləri tərəfindən geniş müzakirə edilir və artıq “Twitter”də “# bendgate” heşteqi ilə işarələnir.


Qaynar.info