"iOS" əməliyyat sistemində çalışan "iPad” cihazı amerikalı istifadəçini 47 il müddətinə blok edib.

Qaynarinfo-nun lent.az-a istinadən məlumatına görə, bu hadisəni ABŞ sakini özünün "Reddit”dəki bloqunda dərc edib.

Belə ki, "Apple” cihazının sahibi üç ildir cihazdan istifadə etməyib. Onu şkafın üstündə aşkar etdikdən və qoşduqdan sonra belə bir məzmunlu yazıya rast gəlib: "iPad” blok edilib. 24 735 744 dəqiqədən sonra cəhdinizi təkrarlayın”. 

Məlum olub ki, belə bir baq ona görə yaranıb ki, "Apple” zamanın yoxlanılması üzrə "iOS 9" əməliyyat sistemində çalışan cihazlara kifayət qədər vaxt ayıra bilməyib. Üç il ərzində planşet tam olaraq müvəqqəti bağlanıb. Cihaz 1970-ci ildə "yaşayıb” və məhz bunun üçün də ona 47 il, yəni 2017-ci ilə qədər gözləmək məsləhət görülüb. 

Problemi planşeti "iTunes” vasitəsilə kompüterə qoşmaqla və sinxronlaşdırma həyata keçirməklə həll etmək mümkün olub.