Ekonomiks 12:53 24.04.2013

Apple "əriyir"

Texnologiya nəhəngi "Apple"ın gəlirləri 10 ildə ilk dəfə azalmağa başlayıb. 

Qaynar.info-nun məlumatına görə, yanvar-mart aylarında 37.4 milyon, iPhone, 19.5 milyon iPad satan şirkət son 10 ildə gəlirlərinin azaldığını bəyan edib. 

Hər iki cihazdan gözlənilən satış rəqəmi 1 milyonu keçsə də, gəlirdəki azalmadan xilas ola bilməyən "Apple"ın 1 il əvvəlki 12.30 dollar olan hissə gəliri, 10.9 dollara düşüb. 

Qaynar.info