Texnologiya 12:05 23.09.2017

"Apple" şirkəti dəyər itirdi

"Apple" şirkəti bazar dəyərində ciddi itkilərlə üzləşib.

"Qaynarinfo" "CNBC"yə istinadən xəbər verir ki, 22 sentyabrda açıqlanan məlumata əsasən şirkətin dəyəri 834,9 milyard dollardan 779,1 milyard dollara düşüb. "Apple" şirkəti 12 sentyabrda yeni iPhone X, iPhone 8, iPhone 8 Plus, Apple TV 4K və Apple watch adlı məhsullarını təqdim edib və bundan sonra 50 milyard dollardan çox dəyər itirib. Bu miqdar Target, eBay, TJX, Ford Motor və s. şirkətlərin bazar dəyərindən daha böyükdür. 

Qeyd edək ki, mütəxəssislər 780 milyard dolların hələ də çox böyük olduğunu bildirir və şirkətin əvvəlki dəyərini geri qaytaracağını praqnozlaşdırır. Bildirək ki, "Apple" hissələri son 1 ildə 30% dəyər qazanıb.

Gülşən

Qaynarinfo.Az