Texnologiya 13:15 08.11.2017

"Apple" şirkətinə qarşı növbəti iddia: 252 milyard dollarlıq offşor hesabı..

Bir neçə gün əvvəl açıqlanan və dünyanın gündəminə düşən "Paradise Papers" sənədlərində "Apple" şirkəti ilə bağlı məlumatlar da ortaya çıxıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkət İrlandiyada saxladığı pullarını vergi qanununa edilən dəyişiklik səbəbilə 2013-cü ildə Birləşmiş Krallığa bağlı Manş adasındakı offşor şirkətə yatırıb. Bu miqdarın 252 milyard dollar olduğu bildirilir.

Məsələ ilə bağlı açıqlama verən şirkət iddianı yalanlayaraq 35 milyard dollarla dünyada ən çox vergi ödəyən şirkət olduqlarını bildiriblər. 

Gülşən
Qaynarinfo.Az