Foto 21:15 19.03.2019

"Aqrolizinq" daha bir kəntdə səyyar satış təşkil etdi

Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılmışdır. 

Qaynarinfo xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Bilesuvar,Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutmuşdur. Bu günkü satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət etmiş və 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos ümumilkdə 32,450 ton mineral gübrə satılmışdır.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Mart ayının 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçirib.